Rusiya Premyer Liqasından uzaqlaşdırılan "Torpedo"nun əvəzləyicisi bəlli oldu

12-07-2025, 15:14           
Rusiya Premyer Liqasından uzaqlaşdırılan "Torpedo"nun əvəzləyicisi bəlli oldu
Futbol üzrə Rusiya Premyer Liqasından uzaqlaşdırılan "Torpedo"nu əvəzləyəcək komanda müəyyənləşib.

Oxu.Az xəbər verir ki, yeni mövsümdə Moskva təmsilçisini "Orenburq" əvəz edəcək.

Bu barədə Rusiya Futbol Federasiyasının (RFF) İcraiyyə Komitəsi qərar qəbul edib. "Orenburq" ötən mövsüm Premyer Liqada 15-ci pilləni tutaraq I Liqaya düşmüşdü.

Qeyd edək ki, "Torpedo" klubu RFF-nin İntizam Komitəsi tərəfindən hakimlərə rüşvət vermək ittihamı ilə Premyer Liqadan uzaqlaşdırılıb. Klub həmçinin 5 milyon rubl cərimələnib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru