"Kristal Pelas" Avropa Liqasından kənarlaşdırıldı

12-07-2025, 16:48           
"Kristal Pelas" Avropa Liqasından kənarlaşdırıldı
UEFA İngiltərənin "Kristal Pelas" klubunun Avropa Liqasında iştirakına icazə verməyib.

Bu barədə UEFA-nın Mətbuat Xidməti məlumat yayıb.

"Kristal Pelas" ötən mövsüm İngiltərə Kubokunu qazanaraq Avropa Liqasında iştirak etmək hüququ qazanıb. Lakin klubun sahibi amerikalı Con Tekstor həm də Fransanın "Lion" klubunun da sahibi olduğu üçün, bu UEFA nizamnaməsinin pozulmasına gətirib çıxarıb. Qaydalara əsasən, eyni şəxs və ya şirkətlərə məxsus klublar eyni turnirlərdə iştirtak edə bilməzlər.

Yekunda UEFA Avropa Liqasında iştirakla bağlı reytinqi daha yüksək olan "Lion"un xeyrinə qərar verib. "Kristal Pelas" isə Konfrans Liqasına göndərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru