"Arsenal" qadın futbolu tarixində rekord transferə imza atdı

12-07-2025, 12:18           
"Arsenal" qadın futbolu tarixində rekord transferə imza atdı
Londonun "Arsenal" klubu "Liverpul"dan kanadalı Oliviya Smiti transfer etməklə qadın futbolu tarixində rekord məbləğə imza atıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

"Arsenal" 20 yaşlı hücumçu üçün 1 milyon funt-sterlinq ödəyəcək.

Bundan əvvəlki rekord yanvarda "Çelsi" tərəfindən vurulmuşdu. "Çelsi" amerikalı Naomi Girmanın "San Dieqo Ueyv"dən transferi üçün 890 min funt-sterlinq ödəmişdi.

Smit ötən mövsüm İngiltərə çempionatında "Liverpul"un heyətində 20 oyun keçirib və yeddi qol vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru