Mariana Vasileva vəzifəsinə geri dönüb?

Bu gün, 09:46           
Mariana Vasileva vəzifəsinə geri dönüb?
Bu ilin yanvar ayında vəzifəsindən uzaqlaşdırılan gənclər və idman nazirinin müavini Mariana Vasilevanın hazırda fəaliyyətini davam etdirdiyi bildirilir.

Pravda.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, Vasileva vəzifəsindən kənarlaşdırılsa da, Nazirliyin inzibati binasında tez-tez görüntülənir, müvafiq tapşırıqlar verir.

Mairana Vasilevanın bu günlərdə Nazirlikdə ad gününü qeyd etməsi barədə görüntülər də yayılıb.

Yayılan məlumatların doğru olub-olmadığını aydınlaşdırmaq üçün Gənclər və İdman Nazirliyinə sorğu ünvanlasaq da, iki gün keçməsinə baxmayaraq heç bir mövqe bildirilməyib.

Xatırlatma: M.Vasileva 2021-ci ildə gənclər və idman naziri Fərid Qayıbovun müavini təyin edilsə də, 2025-ci ilin yanvarında vəzifəsindən azad olunub. Nazir Fərid Qayıbov isə işdən çıxarıldığı gün Vasileva ilə selfisini paylaşdığı üçün ciddi tənqid edilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru