DÇ-2022 Qatardan alına bilər

7-06-2015, 19:08           
DÇ-2022 Qatardan alına bilər
Qatarın 2022-ci ildə futbol üzrə dünya çempionatı keçirmək hüququnun əlindən alınma ehtimalı çox yüksəkdir. Musavat.com-un xarici qaynaqlara istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Federal Təhqiqat Bürosunun (FTB – ing. FBR) FİFA-dakı korrupsiya üzrə informatoru Fərda əl-Məcid “Daily Mail”ə bildirib.“Qatar tərəfindən pozuntulara dair dəlillər o dərəcədə aydındır ki, FİFA-nın çempionatı keçirmək hüququnu onun əlindən alıb başqa ölkəyə verməkdən savayı yolu qalmır” – deyib xamın əl-Məcid.
Xatırladaq ki, əl Məcid 2010-cu ildə Qatarın dünya çempionatı üçün sifarişini hazırlamaq üzrə təşkilat komitəsinin üzvü olub. Hazırda o, FTB-nin şahidləri müdafiə proqramı altındadır. Bununla belə, Fərda əl-Məcid həyatına təhlükənin sovuşmadığı qənaətindədir.
“Adamlar var ki, hesab edirlər ki, mən həddən artıq çox bilirəm. Başqaları mənə nifrət edirlər ki, kartları açmışam, müsəlman qadın ola-ola informator olmuşam” – qeyd edib əl-Məcid.
Xatırladaq ki, hazırda FİFA-da korrupsiya qalmaqalı üzrə 14 nəfər həbs edilib. Lakin informatorun dediyinə görə, bu, hələ son deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru