İslamiadada baş məşqçi xəstəxanalıq oldu

12-05-2017, 22:43           

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında xoşagəlməz olay yaşanıb.

teref.az Apasport.az-a istinadən məlumatına görə, futbol yarışlarında iştirak edən Kamerun U-23 millisinin baş məşqçisi Riçard Tova ölümdən dönüb.

Bu barədə Kamerun mətbuatına milli komandanın həkimi Tamo Moktama açıqlama verib. O, bildirib ki, baş məşqçi Mərakeşlə oyunun 31-ci dəqiqəsində komandası hesabı açdıqdan sonra sevincdən huşunu itirib. Onu əvvəlcə stadionun tibb məntəqəsinə, daha sonra isə təcili xəstəxanaya aparıblar.

Kardiologiya şöbəsinə yerləşdirilən və müayinə olunan afrikalı çalışdırıcının hazırda vəziyyəti yaxşıdır.

Qeyd edək ki, Kamerun – Mərakeş matçı 1:1 hesablı bərabərliklə başa çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru