"Qalatasaray" baş möşqçisi bu futbolçularla yollarını ayırır - SİYAHI

13-05-2017, 09:13           

Bu yay "Qalatasaray"ı tərk edəcək 4 futbolçunun kimliyi müəyyənləşib.
teref.az xəbər verir ki, bu barədə məlumat yayan yerli mətbuat həmin futbolçuların adlarının baş məşqçi İqor Tüdor tərəfindən rəhbərliyə təqdim olunduğunu iddia edir.
İddiaya görə, xorvat mütəxəssis Sinan Gümüş, Luis Pedro Kavanda, Nigel de Yonq və Koray Günterin komandada qalmasını istəmir. Amma bu İqor Tüdorun özünün komandadakı gələcəyinə bağlıdı. Baş məşqçi özü komandada qalsa, adıçəkilən futbolçular yola salınacaq.
Qeyd edək ki, "Qalatasaray" Luis Pedro Kavandanı"Trabzonspor"dan 1.8, Koray Günteri Dortmund "Borussiya"sından 2.5 milyon avroya alıb. Sinan Gümüşün "Ştutqart"dan, Nigel de Yonqun isə "Los Anceles Qalaksi"dən keçidi pulsuz başa gəlib. (Fanat.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru