Bu gün Heydər Əliyev adına İdman Sarayında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarının ikinci günündə Azərbaycanın idmançısı Məmmədəli Mehdiyev qızıl medal qazanıb.
Axar.az xəbər verir ki, yarışda 90 kiloqram çəki dərəcəsində kişilərin mübarizəsində M. Mehdiyev finalda Əlcəzair təmsilçisi Abderrahmane Benemadi üzərində ipponla qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Gənclər arasında Avropa birinciliyinin, Ümumdünya Tələbə Universiadasının bürünc medalçısı olan M. Mehdiyev Qran-Pri və “Böyük dəbilqə” turnirlərinin qalibi və mükafatçısı, Avropa kubokunda birinci yerin sahibidir.