"Qarabağ" Çempionlar Liqasının "pley-off" mərhələsinin püşkatma mərasimində Səpələnmişlər səbətində olmayacaq

3-08-2017, 08:17           
"Qarabağ" Çempionlar Liqasının "pley-off" mərhələsinin püşkatma mərasimində Səpələnmişlər səbətində olmayacaq
"Qarabağ" klubu Çempionlar Liqasının "pley-off" mərhələsinin püşkatma mərasimində daha yüksək reytinqli komandalardan ibarət Səpələnmişlər səbətində yer ala bilməyəcək. "Report"un məlumatına görə, bu, III təsnifat mərhələsinin bu gün keçirilmiş cavab görüşləri nəticəsində müəyyənləşib.
Səbəb növbəti mərhələyə vəsiqəni təmin etmiş klublardan ən azı 5-nin Azərbaycan təmsilçisindən yüksək reytinqə malik olmasıdır. Bunlar "Maribor" (Sloveniya), "Kopenhagen" (Danimarka), "Seltik" (Şotlandiya), APOEL (Kipr) və "Olimpiakos" (Yunanıstan) komandalarıdır.
"Qarabağ" isə "Slaviya" (Çexiya), "Hapoel” (Beer Şeva, İsrail), "Astana” (Qazaxıstan) və "Riyeka” (Xorvatiya) ilə birgə Səpələnməmişlər səbətində yer alacaq. Bu isə o deməkdir ki, Ağdam klubu Səpələnmişlərdən birinə rəqib olacaq.
Qeyd edək ki, püşkatma mərasimi avqustun 4-də, "pley-off" mərhələsinin qarşılaşmaları isə 15-16 avqust və 22-23 avqustda keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru