Avropa Liqası: “Qəbələ” Panatinaikos”a uduzdu, turnirə vida etdi

4-08-2017, 00:17           

Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda Azərbaycan təmsilçisi "Qəbələ” öz meydanında Yunanıstan "Panatinaikos”unu qəbul edib.

teref.az xəbər verir ki, ötən həftə səfərdə 0:1 hesabı ilə məğlub olan "Qəbələ" Bakıdakı oyunda mütləq qələbə qazanmalı olsa da, buna nail ola bilməyib.

Belə ki, oyunun ikinci hissəsində komandamız hesabda 1-0 qabağa keçsə də, üstünlüyünü qoruya bilməyib. Belə ki, yunan komandası 63 və 66-cı dəqiqələrdə 2 qol vuraraq, hesabda önə çıxıb – 1:2.

Bu məğlubiyyətdən sonra "Qəbələ" mötəbər turnirə vida edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru