“Borussiya”-nın erməni futbolçusu Azərbaycana buraxılmaya bilər

28-08-2015, 21:54           
“Borussiya”-nın erməni futbolçusu Azərbaycana buraxılmaya bilər
Xəbər verdiyimiz kimi, bu gün Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb. Nəticələrə görə turnirdə mübarizə aparacaq komandalarımızdan biri olan “Qəbələ” Almaniyanın “Borussiya” komandası ilə qarşılaşacaq.

teref.az Publika.az-a istinadən xəbər verir ki, alman komandasının heyətində isə Ermənistan millisinin üzvü Henrix Mxitaryanın olduğu futbolsevərlərə yaxşı məlumdur. Komandalar arasında keçiriləcək oyunda iştirak etmək üçün erməni futbolçunun da Azərbaycana gəlməsi gözlənilir. İlk baxışdan buna normal yanaşmaq olar.

Amma Henrix Mxitaryanla bağlı məsələ tamamilə başqadır. Məsələ burasındadır ki, erməni futbolçu Ermənistanın işğalı altında olan torpaqlarımıza tez-tez səfərlər edir. Ermənistan Futbol Federasiyasının rəhbəri Ruben Ayrapetyan və qurumun digər rəsmiləri ilə Xankəndinə gələn futbolçu xeyriyyə məqsədi ilə keçirilən tədbirlərdə iştirak edir və Qarabağın işğalında iştirak etmiş şəxslırin ailələrinə maddi yardımlar göstərir.

Azərbaycan dövlətinin icazəsi olmadan Dağlıq Qarabağa səfər edən şəxslər "qara siyahı"ya salınır və “arzuolunmaz şəxs” olaraq ölkəmizin ərazisinə buraxılmırlar. Bunu nəzərə alaraq erməni futbolçunun Azərbaycanda keçiriləcək qarşılaşmada meydana çıxmasına icazə verilməyəcəyi ehtimal olunur.

İş vaxtı olmadığı üçün Azərbaycan Xarici İşlər Nazirliyindən məsələyə münasibət öyrənə bilmədik. Mövzuya qayıdacağıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.