Dünya Çempionatının FİNALI türk hakimə tapşırılacaq?

7-07-2018, 11:40           
Dünya Çempionatının FİNALI türk hakimə tapşırılacaq?
Dünya Çempionatı 2018-in final matçının baş hakimi məsələsində qızğın müzakirələr aparılır.

teref.az Publika.az-a istinadən xəbər verir ki, çempionatın finalının türkiyəli referi Cüneyt Çakıra tapşırılacağı gözlənilir.

Türkiyəli hakimə 1/4 final oyunlarında matç verilməməsi də bu iddianı dərinləşdirir.

Rusiyadakı çempionatda Mərakeş-İran, Nigeriya-Argentina matçlarını uğurla idarə edən, ikinci matçda VAR sistemini istifadə edərkən böyük rəğbət toplayan C.Çakırın adı evlərinə geri qayıdan baş hakimlərin arasında olmayıb.

Özünə güvənən və soyuqqanlı tərzdə matç idarə edən referinin final matçında çıxış etməsi ölkəsi üçün böyük üstünlük deməkdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru