ÇL-in qrup mərhələsinə vəsiqə qazanan 3 klubun adı müəyyənləşib

29-08-2018, 07:20           
ÇL-in qrup mərhələsinə vəsiqə qazanan 3 klubun adı müəyyənləşib
Futbol üzrə Çempionlar Liqasında pley-off mərhələsinin cavab matçları start götürüb.

"Report" xəbər verir ki, ilk oyun günündə 3 görüş keçirilib. Bunlardan 2-si Xorvatiya və Ukraynanı təmsil edən "Dinamo" komandalarının iştirakı olub. Zaqreblilər İsveçrə "Yanq Boyz"u ilə qarşılaşmada hesabı erkən açsa da, ikinci hissənin ortalarında iki top buraxaraq uduzub.

Kiyevlilər isə Hollandiya "Ayaks"ını məyus edə bilməyib. Nəticədə hər iki "Dinamo" iki oyunun yekununda uduzaraq, Çempionlar Liqasında mübarizəni dayandırıb. Onlar çıxışlarını Avropa Liqasının qrup mərhələsində davam etdirəcəklər.

"Yanq Boyz" və "Ayaks"la yanaşı, Yunanıstan AEK-i də Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib. Afinalılar Macarıstanda 2:1 hesabı ilə yendikləri "Videoton"la evdə heç-heçə ediblər. Beləliklə, "Videoton" da Avroliqanın qrupunda oynamalı olacaq.

Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

23:00. AEK (Yunanıstan) – "Videoton” (Macarıstan) - 1:1

Qollar: Petros Mantalos, 48 (p.) - Loik Neqo, 57

İlk oyun – 2:1

23:00. "Dinamo” (Zaqreb, Xorvatiya) – "Yanq Boyz” (İsveçrə) - 1:2

Qol: İzet Hayroviç, 7 - Giyom Oaro, 64 (p.); 66

İlk oyun – 1:1

23:00. "Dinamo” (Kiyev, Ukrayna) – "Ayaks” (Hollandiya) - 0:0

İlk oyun – 1:3

Qeyd edək ki, daha 3 vəsiqənin sahibi bu gün müəyyənləşəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru