AzMeCo Rusiyanın "Qazprom" şirkətindən qazın alınmasını dayandırıb

20-10-2015, 12:28           
AzMeCo Rusiyanın "Qazprom" şirkətindən qazın alınmasını dayandırıb
Rusiyanın "Qazprom" şirkətindən qazın alınmasını dayandırıb.
AzMeCo-dan "Report"a verilən məlumata görə, dünya bazarında metanolun qiymətinin aşağı düşməsinə görə mövcud müqavilədə nəzərdə tutulan qiymətlə "Qazprom" şirkətindən qazın alınması zavod üçün sərfəli deyil. "Mövcud qiymətlərlə qazın alınmasına davam etmək, istehsalın zərərlə işləməsinə səbəb olur, ona görə də, "Qazprom" şirkətindən qazın alınmasını dayandırmaq haqqında qərar qəbul olunub", - AzMeCo-dan bildirilib.
Müqavilənin qüvvədə olduğu vaxt ərzində AzMeCo 100 mln. kubmetrdən çox qaz alıb.
Qeyd edək ki, bu il sentyabrın 11-də AzMeCo Rusiyanın "Qazprom Export" şirkəti ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, "Qazprom" AzMeCo-ya ildə 2 milyard kubmetr həcmində qaz satmalı idi. "Qazprom"un satacağı bu təbii qaz Qaradağ metanol zavodunun tam gücü ilə işləməsini 100% təmin edəcəkdi.
AzMeCo 2007-ci ildə yaradılıb və 2013-ci ilin dekabrında istismara verilib. Zavodun istehsal gücü ildə 720 min ton təşkil edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.