Nəqliyyat Nazirliyinin daha bir səlahiyyətinin alınması təklif edildi

20-10-2015, 14:05           
Nəqliyyat Nazirliyinin daha bir səlahiyyətinin alınması təklif edildi
Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin Nəqliyyat Nazirliyindən alınıb Daxili İşlər Nazirliyinə verilməsi təklif olunub. APA-nın məlumatına görə, belə bir təşəbbüslə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edib.

O bildirib ki, onsuzda bu mərkəzdə toplanan məlumatlar DİN-ə ötürülür və bu qurumun DİN-ə verilməsi nəqliyyat sektorunda son vaxtlar aparılan islahatlara öz töhfəsini verəcək: “Hesab edirik ki, hökumət bunu yaxın zamanlarda müzakirə edib qərar verəcək”. Ə. Hüseynlinin təklifinə deputat Adil Əliyev də dəstək verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.