Ziya Məmmədovun müavini nazirliyin səlahiyyətlərindən danışdı
20-10-2015, 20:21
Nəqliyyat Nazirliyinin bütün səlahiyyətləri alınmayıb. Nazirlikdən alınan səlahiyyətlər üzrə işlər aiddiyyatı qurumlara təhvil veriləcək. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib. O, əlavə edib ki, nazirliyin səlahiyyətlərində qalan funksiyaları qurumun əməkdaşları yerinə yetirəcəklər: "Sadəcə bu məsələlərə daha düzgün və doğru yanaşılacaq".