Azərbaycanda güclü partlayış – YARALILAR VAR 24-03-2019, 14:05 Qəbələ rayonunda yaşayış evində partlayış baş verib.Reportyor.info FHN-ə istinadən xəbər verir ki, partlayış ümumi sahəsi 240 m² olan birmərtəbəli 4 otaqlı evin zirzəmisində partlayış baş verib.Partlayış dalğasının təsirindən evin döşəməsi dağılıb və arakəsmə divarlarında çatlar əmələ gəlib.Yanğın hadisəsi olmayıb. Hadisə zamanı 4 nəfər xəsarət alıb. İlkin ehtimala görə, partlayış məişət qazının sızması nəticəsində baş verib.Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Facebook-da paylaş