“MTN işi”nə görə vurulan məmurun yerinə təyinat olub
31-10-2015, 20:49
Eldar Mahmudov milli təhlükəsizlik naziri postundan uzaqlaşdırılandan sonra yaranan ajiotaj genişlənməkdə davam edir. Məlum olduğu kimi, Milli Təhlükəsizlik Nazirliyinin bir neçə əməkdaşı ilə yanaşı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də 2 vəzifəlisi işdən azad edilərək barələrində həbs qətimkan tədbiri seçilib.
Xətai Rayon İcra Hakimiyyətindən Modern.az saytına verilən məlumata görə, icra başçısının müavini Xeyrulla Hüseynli də “MTN işi”nə görə vəzifəsindən uzaqlaşdırılıb. Onun əvəzinə Qafur Rəhmanov təyin edilib. O, indiyədək icra hakimiyyətinin mənzil kommunal və texniki xidmət sahələrinin rəisi idi.