Sabirabad 63 saylı seçki dairəsindən qanun pozuntusu xəbərləri gəlməkdə davam edir
1-11-2015, 15:33
AXP sədri Pənah Hüseynin deputatlığa namizəd olduğu 63 saylı Sabirabad seçki dairəsindən qanun pozuntuları ilə bağlı məlumatlar gəlməkdədir.
Musavat.com-un əməkdaşlarının verdiyi son məlumata görə, P.Hüseynin müşahidəçiləri 13 saylı məntəqədən çıxarılıblar, qapılar bağlanıb və sədrin rəhbərliyi altında qutunu doldururlar.