Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1999-cu il təvəllüdlü Süleymanov Asif Münasif oğlu yaşadığı evin həyətində özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Polisdən həmçinin bildirilib ki, A.Süleymanov lisey şagirdi olub.
Faktla bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.