Ana Vətən partiyası Mərkəzi Şurasının bəyanatı
2-11-2015, 20:50
teref.az - 2015-ci il noyabrın 1-də parlament seçkilərinin Azərbaycan Respublikası Seçki Məcəlləsinə və beynəlxalq standartlara uyğun keçirilməsi cəmiyyətimizin demokratik inkişafı yolunda yeni bir mərhələnin əsasını qoydu.
Ana Vətən Partiyası seçkiləri müşahidə edən beynəlxalq və yerli, o cümlədən partiyanın müşahidəçilərinin rəyini əsas tutaraq məmnunluqla etiraf edir ki, seçki kampaniyası azad, şəffav və demokratik prinsiplərə söykənərək keçirilmışdir Seçki prosesinin gedişi və nəticələri bir daha bu reallığı təsdiq etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi seçkilərin demokratik, azad və şəffaf keçirilməsində ciddi rol oynadı.
AVP bəyan edir ki, seçkinin nəticələri legitimdir və bu xalqımızın siyasi iradəsini ifadə edir. Ana Vətən Partiyasının Mərkəzi Şurası parlament seçkisinin müvəffəqiyyətlə başa çatması münasibətilə bütün xalqımızı və xalqımızın etimadını qazanan millət vəkillərini təbrik edir, onlara şərəfli vəzifələrinin yerinə yetirilməsində uğurlar arzulayır.
AVP Mərkəzi Şurası