Rayonun Nizami kənd sakini Həsən Həsənov ürək nahiyəsindən bıçaq yarası alıb. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Yardım Xəstəxanasına gətirilib və əməliyyat edilib.
Verilən ilkin məlumata görə yaralının vəziyyəti ağırdır. Hələlik hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.
Faktla bağlı Goranboy rayon Polis İdarəsində araşdırma aparılır. (Kəpəz TV)