Azərbaycanda saxta 100 manatlıqlar istehsal edilib
24-06-2019, 17:06
Cəlilabad sakinlərindən saxta pul götürülüb.
Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakinləri N.Süleymanovdan və Y.Şükürovdan 8 ədəd 100 manatlıq saxta əskinaslar götürülüb.
Araşdırmalarla onların saxta əskinasları həmyerliləri E.Niftiyevdən almaları müəyyən edilib.