ABŞ-da ilk dəfə olaraq elektron siqaret satışı qadağan olunub 26-06-2019, 07:30 San-Fransisko ABŞ-da bütün elektron siqaret növlərinin qadağan edildiyi ilk şəhər olub."Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə şəhər şurasının saytı məlumat yayıb."San-Fransiskoda heç kim insanlara elektron siqaretlər satmamalı və yaymamalıdır", - deyə şuranın qərarında bildirilir.Qeyd olunur ki, qərarı pozan şəxs 1000 dollara qədər məbləğdə inzibati cərimə ilə cəzalandırılacaq.San-Fransisko həm də ABŞ-da marixuananın qanuniləşdirildiyi şəhərlərdən biridir.Həm də ötən il şəhərdə ətirləndirilmiş tütünün satışı qadağan edilib. Facebook-da paylaş