“Elektron Hökuməti”in regionlarda təbliği - Tərtərdə

13-11-2015, 12:12           
“Elektron Hökuməti”in regionlarda təbliği - Tərtərdə
“Elektron Hökuməti”in regionlarda təbliği

“Regionla İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Elektron hökumət”in regionlarda təbliği və elektron xidmətlərdən istifadədə əhaliyə köməkliklərin göstərilməsi” adlı layihə çərçivəsində Tərtər rayonunda seminar keçirmişdir. Seminarda əsas məqsəd ölkəmizin prioritet elan etdiyi elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsinə ictimai dəstək üçün regionlarda əhalinin elektron xidmətlərdən istifadə ilə bağlı məlumatlandırılmasıdır.

“Regionla İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin sədri Xalid Kazımov seminar iştirakçılarına respublikamızda ayrı-ayrı dövlət qurumlarının “Elektron hökumət portalı” və internet səhifələri vasitəsi ilə göstərdikləri elektron xidmətlər və onlardan istifadə qaydaları haqqında məlumat vermişdir.

Təbirdə rayon icra hakimiyyəti başçısının müavini Elvin Umudovda iştirak etmişdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.