Abşeronda mənzildə qoca qadına qarşı quldurluq edilib 20-07-2019, 07:29 Xırdalan şəhərində quldurluq hadisəsi törədilib.APA xəbər verir ki, 1950-ci il təvəllüdlü Rəna Cəfərovanın yaşadığı mənzilə bir nəfər naməlum şəxs daxil olaraq ona bıçaqla hədə-qorxu gəlib.Həmin şəxs qadının üzərində olan qızıl-zinət əşyalarını, mənzilindəki 350 manat pulunu götürərək ərazidən uzaqlaşıb.Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Facebook-da paylaş