Suraxanıda qardaş bacısını bıçaqlayıb 25-07-2019, 07:03 Bakının Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində bıçaqlanma olub."Report" xəbər verir ki, 1989-cu il təvəllüdlü Əliyeva Səbinə H.Zərdabi küçəsində qardaşı tərəfindən bıçaqlanıb.Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona qarın nahiyəsinin ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.Faktla bağlı araşdırma aparılır. Facebook-da paylaş