Çovdarovun cəlladları-polkovnik Muxtarov və polkovnik-leytenant Məmmədov

17-11-2015, 14:08           
Çovdarovun cəlladları-polkovnik Muxtarov və polkovnik-leytenant Məmmədov
Saytımızın oxucularından daxil olmuş məlumata əsasən Milli Təhlükəsizlik Nazirliyinin həbs olunan keçmiş idarə rəisi, general-mayor Akif Çovdarovun ən qəddar əlaltıları polkovnik-leytenant Vüqar Muxtarov və polkovnik Səlim Məmmədov olublar.
Məlumata görə bir çox iş adamları məhz onlar tərəfindən amansız işgəncəyə və qeyri-insani rəftara məruz qoyulublar. Vüqar Muxtarov və Səlim Məmmədov Akif Çovdarovun ən etibarlı adamları olub. MTN-də kök salmış kriminal qruplaşmanın “boz kardinalı” ən mühüm işlərin dalınca məhz onları göndərib.
Bildirilir ki, Muxtarov və Məmmədov iş adamlarının evlərində aparılmış qanunsuz axtarışlar zamanı qəsb olunmuş qızıl-zinət əşyalarını Gürcüstanda realizə etməklə də məşğul olublar.
Virtualaz.org dəqiqləşdirib ki, polkovnik Səlim Məmmədov bir neçə ay əvvəl pensiyaya çıxıb, polkovnik-leytenant Vüqar Muxtarov isə hələ MTN-də işləyir. İnanırıq ki, hüquq-mühafizə orqanları onların da fəaliyyətini araşdıracaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.