Rusiyanın Rostov vilayətinin Novoçerkassk şəhərinin başçısı Yuri Lısenko 20 milyon rubl (təqribən 425 800 manat - red.) məbləğində rüşvətin verilməsi işi üzrə saxlanılıb.
TASS xəbər verir ki, məmur mayın 13-də bir neçə milyon rubl rüşvət alarkən cinayət başında yaxalanıb.
Hazırda onun yaşadığı ünvanda və iş yerində axtarışlar aparılır. Onu 15 ilə qədər həbs cəzası gözləyir.