Məntiqimiz və yaradıcılıq qabiliyyətimiz barədə gözlənilməz açıqlama: İllərlə səhv bilmişik

14-05-2025, 12:39           
Məntiqimiz və yaradıcılıq qabiliyyətimiz barədə gözlənilməz açıqlama: İllərlə səhv bilmişik
Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri müəyyən ediblər ki, məşhur inancın əksinə olaraq, insan beynində ciddi şəkildə "rasional sol" və "yaradıcı sağ" yarımkürə bölgüsü mövcud deyil. Əslində, biz beynimizin hər iki hissəsi ilə düşünürük.

Bu barədə "Neuropsychologia" jurnalında dərc olunmuş tədqiqatda qeyd olunub.

Bununla belə, görmə zamanı beyin hələ də vizual məkanın əks tərəfini emal edir: beynin sol yarımkürəsi baxışın sağ tərəfini, sağ yarımkürəsi isə sol tərəfini işləyir. Bu isə görmədə "kor zonaların" qarşısını alaraq məlumatın daha effektiv qəbuluna şərait yaradır.

Alimlər, həmçinin sübut ediblər ki, informasiyanın beyində birləşdirildiyi düşünülən prefrontal korteksdə vizual siqnallar ilkin olaraq əks yarımkürəyə yönəldilir.

Araşdırmalar göstərir ki, obyektlər baxışın hər iki tərəfinə yayıldıqda yaddaşda daha yaxşı qalır. Lakin eyni anda hər tərəfdə yalnız bir obyekt izlənilə bilər.

Ən maraqlısı isə budur ki, obyekt görmə sahəsinin bir tərəfindən digərinə keçdikdə, beyin saniyənin içində məlumatı bir yarımkürədən digərinə ötürür. Bu proses mobil rabitədə siqnalın bir stansiyadan digərinə keçməsinə bənzəyir və nəticədə ətraf mühiti fasiləsiz və tam şəkildə qavramağımıza imkan verir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru