Maradonanın qızı atasının ölməzdən əvvəlki vəziyyətindən danışıb

14-05-2025, 15:28           
Maradonanın qızı atasının ölməzdən əvvəlki vəziyyətindən danışıb
Əfsanəvi futbolçu, mərhum Dieqo Maradonanın böyük qızı Dalma Maradona atasının ölümü ilə bağlı keçirilən 11-ci məhkəmə iclasında həyatının son həftələrində atasını müalicə edən həkimlərin hərəkətlərindən danışıb.

Sport24.ru xəbər verir ki, Dalmanın sözlərinə görə, o, atasının vəziyyətinin pisləşdiyini dəfələrlə həkimlərin diqqətinə çatdırıb:

"Biz həkimlərə deyirdik ki, atama nəsə olub. O, çətinliklə yeriyirdi, düşkün görünürdü, bizə görüntülü zəng edirdi və onun nə dediyini başa düşmürdük. Həkimlər cavab veriblər ki, Maradonanın vəziyyətinin pisləşdiyi və yaxşılaşdığı günlər olur".

Məhkəmə prosesinə cəlb olunan mütəxəssislər Maradonanın şəxsi həkim qrupunun tərkibində olublar və futbolçunun ölümündə mümkün əlaqələrinin olması ilə bağlı ittiham olunurlar.

Qeyd edək ki, məhkəmə prosesinin ən azı iyulun ortalarına qədər davam edəcəyi gözlənilir. Maradona 2020-ci il noyabrın 25-də 61 yaşında vəfat edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru