Bakıda piyadaların ölümü ilə nəticələnən yol qəzaları olub.
Publika.az xəbər verir ki, ötən gecə Nərimanov rayonu Ziya Bünyadov prospektində avtomobil 55-60 yaşlı qadını vurub. Ağır xəsarət alan qadın hadisə yerində vəfat edib.
Oxşar hadisə Xəzər rayonunda da qeydə alınıb. Avtomobil 50-55 yaşlı kişini vurub. Piyadanın həyatını xilas etmək mümkün olmayıb.
Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.