Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə zəng etməyib.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açqılamasında Rusiyanın xarici işlər naziri Serqey Lavrov deyib.
Lavrov “Rusiyanın “Su 24” təyyarəsinin vurulması ilə bağlı Ərdoğan tərəfindən hər hansı zəng olunub mu?” sualına “Xeyr, zəng daxil olmayıb”-deyərək lakonik cavab verib.
Qeyd edək ki, Türkiyə prezidenti R. T. Ərdoğan Putinə zəng etdiyini, lakin Putinin onun telefonuna cavab vermədiyini bildirib.