The Telegraph: "Rusiyanın yay hücumu uğursuzluğa düçar olur"

30-06-2025, 10:34           
The Telegraph: "Rusiyanın yay hücumu uğursuzluğa düçar olur"
Rusiyanın Ukraynadakı yay hücumu bir neçə həftədir davam edir və cəbhədə rekord sayda əməliyyatlar qeydə alınsa da, artıq uğursuzluqlar başlayıb.
APA xəbər verir ki, bu barədə “The Telegraph” yazıb.

Məqalədə bildirilir ki, Rusiya cəbhə xətti Sumı və Xarkov vilayətlərinin şimal sərhəd rayonlarına hücum edir. Bu əməliyyatlar Donetsk və Dnepropetrovsk cəbhələrinə qədər uzanır. Rusiya qüvvələri bu istiqamətlərə ilk dəfədir ki, irəliləməyə çalışır.

“Moskva qış aylarını insan resurslarını artırmaqla, taktikanı təkmilləşdirməklə və raket zərbələri ilə dron hücumlarının koordinasiyasını yaxşılaşdırmaqla keçirdi. Əvvəlcə bunun nəticə verəcəyi ilə bağlı əlamətlər var idi,” – deyə jurnalistlər yazır.

Onların məlumatına görə, may ayında Rusiya qoşunları ötən ilin noyabrından bəri ən sürətli irəliləyiş tempi göstərib. DeepState platformasının məlumatına əsasən, gündə orta hesabla 5,5 kvadrat mil ərazi ələ keçirilirdi ki, bu da apreldəki göstəricilərdən iki dəfə çoxdur. Rusiya ordusunun xüsusilə Donetsk vilayətində, xüsusilə də Moskvanın əsas hədəfləri olan Pokrovsk və Konstantinovka arasında stabil irəliləyiş əldə etdiyi qeyd olunur. Lakin “əməliyyatların başlanmasından bir neçə həftə sonra bu impuls tədricən sönməyə başlayır.”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru