"Sancı hiss etmədən də infarkt keçirmək olur" - Həkimdən xəbərdarlıq

30-06-2025, 08:58           
"Sancı hiss etmədən də infarkt keçirmək olur" - Həkimdən xəbərdarlıq
İnfarkt yalnız sinə ağrısı ilə deyil, bel ağrısı, nəfəs darlığı, ürəkbulanma və tərləmə kimi əlamətlərlə də özünü göstərə bilər.
TEREF Milli.Az-a istinadən xəbər verir ki, Yeditepe Universiteti Koşuyolu Xəstəxanasının kardioloqu dosent Mehmet Fatih Yılmaz bu barədə xəbərdarlıq edib.O bildirib ki, xüsusilə qadınlarda, yaşlılarda və diabet xəstələrində infarkt fərqli əlamətlərlə keçə bilər və bu da diaqnozu çətinləşdirir. Son illərdə gənclər arasında da infarkt halları artıb. Siqaret, oturaq həyat tərzi, pis qidalanma və genetik meyillik əsas səbəblərdəndir.Dosent Yılmaz deyib ki, infarkt sinə ağrısı olmadan da baş verə bilər və hər ötən dəqiqə ürəyin toxumalarına ziyan vurur. Risk faktoru olan şəxslər şikayət olmasa da ildə bir dəfə həkim müayinəsindən keçməlidir. Əlamətlər ciddi qəbul olunmalı və vaxtında müdaxilə edilməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru