Ağdamda polis əməkdaşı minaya düşdü

Bu gün, 09:02           
Ağdamda polis əməkdaşı minaya düşdü
Ağdam rayonunun Papravənd kəndi ərazisində 2025-ci il 30 iyun tarixində mina hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıblar.

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşı, polis nəfəri xidmət vaxtı Ağdam rayonunun işğaldan azad edilmiş Papravənd kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət alıb.

Zərərçəkmiş şəxsin sağ ayağı topuqdan amputasiya edilib.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.