"Vergini bu qiymətlə necə ödəyək?" - ETİRAZ VAR...

30-06-2025, 10:21           
"Vergini bu qiymətlə necə ödəyək?" - ETİRAZ VAR...
Azərbaycanda fəaliyyət göstərən “Wolt” şirkətinin kuryerləri xidmət haqlarının azaldılmasından narazıdır.

"DİA-AZ"ın məlumatına görə, bu barədə şikayətçilər bildirir ki, hazırda ölkədə məhsul və xidmət qiymətləri sürətlə bahalaşdığı halda, “Wolt” kuryerlərinin qazancı azaldılıb.

Onların sözlərinə görə, bu vəziyyət kuryerlərin gündəlik tələbatlarını və sosial öhdəliklərini yerinə yetirməsini çətinləşdirib:

“Vergini bu qiymətlə necə ödəyək? DSMF-ni necə bağlayaq?” – deyə narazı kuryerlərdən biri bildirir.

O, əlavə edir ki, motosikletin benzin xərcləri, ayda ödənilən internet paketi, ev üçün məhsul və dərmanlar üçün tələb olunan büdcə indiki gəlirlə təmin edilə bilmir:

“Hara müraciət edəcəyimizi bilmirik. Sizdən xahiş edirik, bizə kömək edin, səsimizi çatdırın. İctimai dəstəyə ehtiyacımız var”, – deyə kuryer şikayətini bildirib.

Qeyd edək ki, son aylarda Azərbaycanda bir çox məhsul və xidmətlərin qiymətində artım müşahidə olunur. Kuryerlər aidiyyəti dövlət qurumlarının məsələyə müdaxilə etməsini istəyirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru