Xarici vətəndaş səhvən Bakı sakininin bank hesabına 3200 dollar göndərib

24-10-2019, 10:29           
Xarici vətəndaş səhvən Bakı sakininin bank hesabına 3200 dollar göndərib
Xarici vətəndaş səhvən Bakı sakininin bank hesabına pul göndərib.

"Report"un xəbərinə görə, hadisə bu ilin iyul ayında baş verib.

Özbəkistan vətəndaşı Zülfi Feyzullayev Bakı şəhər sakini S.M.-in bank hesabına səhvən 3200 dollar pul göndərib. O, pul göndərdiyi adamdan pulunu geri istəyib. Lakin Bakı sakini olan kişi pulu qaytarmaqdan imtina edib.

Bununla bağlı Z.Feyzullayev Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə şikayət edib.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru