Yaponiyada daşqınlar səbəbindən 8 nəfər ölüb 26-10-2019, 08:18 Yaponiyanın Tiba prefekturasında güclü yağış səbəbindən azı 8 nəfər ölüb, iki nəfər itkin düşüb.“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “NHK” kanalı məlumat yayıb.Qeyd olunub ki, sürüşmə nəticəsində 3 nəfər, çayın daşması nəticəsində isə 2 nəfər ölüb.Bundan başqa selin apardığı avtomobilin içərisində olan üç nəfər boğularaq dünyasını dəyişib. Facebook-da paylaş