Çində 5,7 maqnitudalı zəlzələ olub

28-10-2019, 04:18           
Çində 5,7 maqnitudalı zəlzələ olub
Çinin Qansu vilayətində 5,7 bal gücündə zəlzələ olub.

APA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Çinin Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar vilayətin Qannan Tibet muxtar prefekturasının Siaxı qəzası ərazisində yerli vaxtla saat 01:56-da (Bakı vaxtı ilə 21:56-da) qeydə alınıb. Zəlzələ ocağı yer səthindən bir kilometr dərinlikdə olub. Yeraltı təkanlar qonşu Linsia Huy muxtar prefekturasında və Dinsi şəhərində də hiss olunub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.