Bukovski öldü

28-10-2019, 09:27           
Bukovski öldü
Britaniyanın Kembric şəhər xəstəxanasında 76 yaşlı məşhur sovet dissidenti və yazıçı Vladimir Bukovski vəfat edib.

Kult.az xəbər verir ki, onun ürəyinin dayandığı bildirilib.

Qeyd edək ki, Bukovski 1942-ci ildə Başqırdıstanda anadan olub. O, ümumilikdə 12 il həbs həyatı keçirib. 1976-cı ildə SSRİ onu Çili Kommunist Partiyasının lideri Luis Korvalanla dəyişib. Mübadilə Sürixdə baş tutub.

2007-ci ildə prezidentliyə namizədliyini irəli sürsə də, Rusiya MSK onu qeydiyyata almayıb. 2014-cü ildə isə Rusiya XİN Bukovskiyə vətəndaşlıq verməkdən imtina edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru