Oktay Gülalıyevi maşın vurdu

29-10-2019, 21:25           
Oktay Gülalıyevi maşın vurdu
Hüquq müdafiəçisi Oktay Gülalıyevi avtomobil vurub.

Bu barədə məlumat sosial şəbəkədə yayılıb.

Bildirilir ki, bu gün axşam saatlarında tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyevi yol keçərkən avtomobil vurub.

Gülalıyev ağır xəsarət almasa da, 1 saylı Təcili Tibbi yardım mərkəzinə yerləşdirilib və müayinədən keçirilib.

Qəzanı 90-PZ-543 dövlət nömrə nişanlı, "Hyundai" markalı avtomobilin sürücüsü törədib.

Sürücü hadisədən dərhal sonra Gülalıyevi xəstəxanaya çatdırıb.(qafqazinfo)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru