Naməlum şəxslər Mexiko şəhərində uşaq şənliyində olan qonaqlara atəş açıblar

31-10-2019, 04:41           
Naməlum şəxslər Mexiko şəhərində uşaq şənliyində olan qonaqlara atəş açıblar
Mexiko ştatının İstapalapa bölgəsində naməlum cinayətkarların hücumu nəticəsində iki nəfər ölüb, daha 10 nəfər yaralanıb.

Trend-in məlumatına görə, quldurlar uşaq şənliyin qonaqlarına atəş açıblar və sonra cinayət yerindən uzaqlaşıblar. Zərərçəkənlər arasında dörd uşaq olub, onlardan biri başından yaralanıb. Onların hamısı şəhər xəstəxanalarına çatdırılıb, vəziyyətləri barədə məlumatlar açıqlanmayıb.

Səlahiyyətlilər hücumla əlaqədar istintaqa başlayıblar. Meksika hökumətinin başçısı Klaudia Şeybaum, sentyabrın 17-də, yeni şəhər rəhbərliyinin doqquz aylıq işində qəsdən adam öldürmə sayının 34% azalmasına nail ola bildiyini söyləyib. Eyni zamanda, təhlükəsizlik vəziyyətinin yaxşılaşdırılması üçün hələ çox iş görülməli olduğunu etiraf edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru