Həbib atası: Bir arvadım var, ikincisi planlaşdırılır, üçüncüsü isə...

20-11-2019, 08:44           
Həbib atası: Bir arvadım var, ikincisi planlaşdırılır, üçüncüsü isə...
UFC çempionu Həbib Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədov “Mir” kanalına verdiyi müsahibədə tezliklə çoxarvadlı olacağını bildirib.

“Daha üç yer boşdur: bir arvadım var, ikincisi planlaşdırılır, üçüncüsü isə... Bilmirəm, olacaqmı? Allah kişilərə müraciət edib: iki, üç, dörd nəfərlə evlənin. Sizcə, qadınlar inciyirlər? Əminliklə deyə bilərəm ki, bu, sizin üçün gizlidir və bilmirsiniz.

Ümumiyyətlə, qadına həmişə hörmətlə yanaşmaq lazımdır, çünki kiminsə qızı, bacısı, arvadı, anasıdır”, - deyə böyük Nurməhəmmədov bildirib.

Qeyd edək ki, mövcud Ailə Məcəlləsinə görə, Rusiyada evli şəxslərə daha bir nəfərlə nikaha icazə verilmir. //oxu.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.