Trampdan “Azadlıq radiosu” və “Amerikanın səsi” ilə bağlı fərman

16-03-2025, 09:54           
Trampdan “Azadlıq radiosu” və “Amerikanın səsi” ilə bağlı fərman
Martın 14-də ABŞ Prezidenti Donald Tramp 7 federal qurumun ləğvi barədə fərman imzalayıb.

"Cebheinfo.az" xəbər verir ki, müvafiq fərman Ağ Evin rəsmi saytında dərc edilib.

Həmin qurumlar arasında “Azadlıq radiosu” və “Amerikanın səsi”ni idarə edən Qlobal Media Agentliyi də yer alır.

Sənəddə həmçinin bildirilir ki, Tramp bu qərarı federal bürokratiyanın həcmini azaltmaq məqsədilə qəbul edib.

Xatırladaq ki, ABŞ-nin Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri Amerikanın “Azadlıq radiosu” və “Amerikanın səsi” radiostansiyalarını bağlamalı olduğunu demişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru