Tramp ABŞ ordusuna Yəməndə hərbi əməliyyata başlamağı əmr etdi

16-03-2025, 10:24           
Tramp ABŞ ordusuna Yəməndə hərbi əməliyyata başlamağı əmr etdi
Prezident Donald Tramp ABŞ ordusuna Yəməndə husilərə qarşı əməliyyatlara başlamağı əmr etdiyini bildirib.

Bu barədə o, “Truth Social” hesabında bildirib.

Bundan sonra ABŞ Yəməndə husilərin nəzarətində olan onlarla hədəfə irimiqyaslı zərbələr endirib.

“New York Times“ iki yüksək rütbəli ABŞ rəsmisinə istinadən yazıb ki, zərbələrin ABŞ Prezidenti Donald Trampın əmri ilə həyata keçirilib.

Məlumata görə, ABŞ husi hədəflərinə radarları, hava hücumundan müdafiə sistemlərini və raket sistemlərini vuraraq iri hava və dəniz qüvvələrinə zərbələr endirib.

Zərbələrin husilərin hücumları nəticəsində pozulan Qırmızı dəniz gəmi yollarını yenidən açmaq məqsədi daşıdığı qeyd edilir.

Husilərə məxsus “Al Masirah” telekanalı da paytaxt Səna şəhərinə zərbələr endirildiyini bildirib.

ABŞ rəsmiləri bildiriblər ki, Trampın ikinci səlahiyyət müddətinin ən əhəmiyyətli hərbi əməliyyatı olan bombalanma həm də xəbərdarlıq siqnalı göndərmək məqsədi daşıyır.

Paylaş












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru