“Qarabağ” Avropa Liqasından milyonlar qazanıb – MƏBLƏĞ

16-03-2025, 00:07           
“Qarabağ” Avropa Liqasından milyonlar qazanıb – MƏBLƏĞ
UEFA Avropa Liqasında klubların əldə etdiyi gəlirlər bəlli olub.

“Football Meets Data”nın yaydığı məlumata əsasən liqa mərhələsində çıxış etmiş 36 komandanın qazandığı gəlirlər bəlli olub. Ən çox qazanca 1/4 finala vəsiqə qazanmış komandalardan biri “Mançester Yunayted” sahib çıxıb: 25 220 000 avro.

Liqa mərhələsində Azərbaycanı təmsil etmiş “Qarabağ” isə 12 153 000 (12 milyon 153 min) avro əldə edib.

Qeyd edək ki, “Qarabağ” cari mövsüm bu mərhələdə 8 oyun keçirib, 7 məğlubiyyət və 1 qələbə yaşayıb. Ağdam təmsilçisi 3 xalla 36 komanda arasında sonuncu olub. (Offsideplus.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru