Ukrayna XİN Lukaşenkonu “tarakan” adlandırıb

16-03-2025, 10:54           
Ukrayna XİN Lukaşenkonu “tarakan” adlandırıb
Ukrayna Xarici İşlər Nazirliyi Ukrayna Prezidenti Volodimir Zelenski haqqında təhqiramiz bəyanatla çıxış edən Belarus lideri Aleksandr Lukaşenkonkoya cavab verib.

Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy X sosial şəbəkəsində bəyan edib ki, Ukrayna Prezidentinin ünvanına təhqirlər yolverilməzdir. O, Lukaşenkonun Ukraynaya qarşı təcavüzdə iştirakına işarə edib. Spiker həmçinin Lukaşenkonu “tarakan” adlandırıb.

"Ukrayna dövlətinin başçısına qarşı təhqirlər yolverilməzdir, xüsusən də Ukraynaya qarşı təcavüz cinayətinin şəriki tərəfindən. Bundan əlavə, entomologiya sahəsinə keçmək “tarakana” fayda verməyəcək", - Tıxiy yazıb.

Xatırladaq ki, martın 14-də Lukaşenko rusiyalı təbliğatçı Olqa Skabeyevaya müsahibəsində Ukraynadakı müharibə və Rusiya ilə danışıqlarla bağlı bir sıra yeni açıqlamalar verib. Skabaeva Lukaşenkodan Zelenskiyə münasibətini soruşduqda, o cavab verib: “Volodya mənim üçün oğul kimi idi, amma o, əclaf kimi davrandı”.

“AzPolitika.info”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru