Kardiostimulyatoru olan insanlar elektrikli avtomobil sürə bilərmi? - Mütəxəssis rəyi

Dünən, 09:54           
Kardiostimulyatoru olan insanlar elektrikli avtomobil sürə bilərmi?  -
Gündən-günə inkişaf edən avtomobil sənayesi hər zaman elektriklə işləyən nəqliyyat vasitələri ilə gündəmimizdədir. İnsanları maraqlandıran məsələlərdən biri də kardiostimulyatoru olan insanların elektriklə işləyən nəqliyyat vasitələrindən istifadə etməsinin mümkün olub-olmamasıdır.
Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, elektrikli nəqliyyat vasitələrinin istifadəsi getdikcə genişləndikcə, bu vasitələrin kardiostimulyator və defibrilator kimi ürək cihazları olan şəxslərə təsiri təbii olaraq hər hansı bir təsirə cəbəb olur.

Sizcə, kardiostimulyatoru olan insanlar elektrikli nəqliyyat vasitələrini idarə edə bilərmi?

Elektrikli nəqliyyat vasitələri elektromaqnit dalğaları yaydıqları üçün təhlükəli sayılırlar

Bu cihazların xüsusilə kardiostimulyator və ya defibrilatoru olan insanlara mənfi təsir göstərə biləcəyi düşünülsə də, bu mövzuda bəzi araşdırmalar aparılıb. Nəticələrə əsasən, elektromobillərin kardiostimulyatoru olan insanlar üçün heç bir təhlükə yaratmadığı qənaətinə gəlinib.

Tədqiqat zamanı elektromobillər üçün yüksək güclü şarj cihazlarının kardiostimulyator və defibrilator olan 130 nəfərə təsiri araşdırılıb.

Nəticələr göstərdi ki, şarj zamanı heç bir mənfi təsir müşahidə olunmayıb

Bu tapıntılara görə, ürək stimulyatoru olan insanlar elektrikli nəqliyyat vasitələrindən təhlükəsiz istifadə edə bilərlər. Mütəxəssislər qəbul edirlər ki, doldurma stansiyaları, xüsusən də 350 kVt-a qədər enerji təmin edə bilən yüksək güclü şarj cihazları elektromaqnit sahələri yaratmaq potensialına malikdir, lakin ən pis ssenari nəzərə alındıqda belə heç bir mənfi tapıntı aşkar edilməyib.

Bununla belə, unutmaq olmaz ki, elektriklə işləyən avtomobillərin şarj cihazları tərəfindən yayılan elektromaqnit sahələri kardiostimulyatorun funksiyasını poza biləcək səviyyələrə çatmasa da, hər bir model müxtəlif texnologiyalardan istifadə etdiyi üçün xüsusi sınaqlar aparılmalıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.