Zelenski sülh danışıqları üçün Ukrayna nümayəndə heyətini təsdiqləyib

16-03-2025, 00:10           
Zelenski sülh danışıqları üçün Ukrayna nümayəndə heyətini təsdiqləyib
Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı gələcək danışıqlar üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib.
İqtisadiyyat.az xəbər verir ki, müvafiq sərəncamı Volodimir Zelenski imzalayıb.

Sülh danışıqları üçün Ukrayna nümayəndə heyətinə xarici işlər naziri, müdafiə naziri, Zelenskinin ofisinin rəhbəri və müavini daxildir.

Nümayəndə heyətinə Zelenskinin ofisinin rəhbəri Andrey Yermak başçılıq edəcək.

Qeyd edək ki, Kiyev martın 11-də Ciddədə Amerika tərəfi ilə görüşdə məhz bu tərkibdə təmsil olunub. Bunun ardınca tərəflərin birgə bəyanatı dərc edilib və ona əsasən, Ukrayna ABŞ-nin 30 günlük atəşkəs təklifini qəbul etməyə hazır olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru